Ümid Partiyası Əlisəmid Kürü təbrik etdi

Bu gün Azərbaycanın tanınmış şairi, tərcüməçi Əlisəmid Kürün doğum günüdür.

“Rəngli kölgələr”, “Əlisəmid və qırx tanış üz”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua” kitablarının müəllifi olan şair, bir sıra beynəlxalq poeziya festivallarında Azərbaycanı təmsil edib, ədəbi mükafatlara layıq görülüb.

Əlisəmid Kür dünyanın tanınmış şairlərinin şeirlərini dilimizə çevirib.

Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin mətbu orqanı olan “Yol” ədəbiyyat qəzetinin baş redaktoru olub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” Dünya Ədəbiyyatı dərgisinin məsul katibidir.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əlisəmid Kürü ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, ədəbi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyir.

Şərh yaz
PAYLAŞ