Türkiyə Yazıçılar Birliyi Ankara şöbəsində Azərbaycan ədəbiyyatı müzakirə edilib

7 yanvar 2023-cü il tarixdə Türkiyə Yazıçılar Birliyi Ankara şöbəsinin təşkil etdiyi “Türk Dünyası Ədəbiyyatı” proqramında “Azərbaycan ədəbiyyatı”nın dünəni, bugünü və gələcəyi geniş şəkildə müzakirə edilib. Çıxış edənlər müstəmləkəçilik dövründə Azərbaycan ədəbiyyatının intellektual inkişafda mühüm rol oynadığını, assimilyasiya cəhdlərinə qarşı böyük müqavimət yaratdığını bildirmişlər.

Dr. Şəmsəddin Kuzəcinin idarə etdiyi proqramda açılış nitqi ilə TYB Ankara Şöbəsinin sədri Mehmet Sait Uluçay çıxış edib. Göy yurdumuzun mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə böyük önəm verdiklərini deyən yazıçı-şair Mehmet Sait Uluçay ayda bir dəfə Türk Dünyasından bir ölkənin bütün ölçüləri ilə ədəbiyyatından söz açdıqlarını bildirdi. İdeyanın inkişafında ədəbiyyatın rolunu vurğulayan Dr. Barış Cavid, “Ədəbiyyat milli kimliyin formalaşmasında çox təsirlidir. Biz uşaqlarımıza ibtidai, orta və ali məktəblərdə mütləq ədəbiyyat öyrətməliyik”. dedi.

Dr. Derya Akdemir isə ədəbiyyatın şəxsiyyət bütövlüyü və şəxsiyyət transferi üzərində dayanıb. Müstəqillikdən əvvəl və sonra Azərbaycan ədəbiyyatında motivlərin fərqli olduğunu deyən Akdemir postmodern ədəbiyyat dövründə yeni ədəbi cərəyanların yarandığını qeyd edib.

Təbriz Tədqiqat Mərkəzi eksperti ve “Varlıq” jurnalı Yazıçılar Şurasının üzvü (Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvü) Dr. Babək Şahid İran’da Güney Azərbaycan ədəbiyyatının Güney Azərbaycan insanının öz Azərbaycan Türk kimliyini mənimsənməsindəki oynadığı rol, həsrət ədəbiyatında özünü göstərən Bütöv Azərbaycan ruhu ve Güney Azərbaycanlı ədəbiyyatçıların Türk Dünyası ədəbiyyatının məşhur və önəmli ad və əsərlərinə verdiyi dəyər və önəm, Güney Azərbaycanlı ədəbiyyatçılarının bu istiqamətdəki çalışmaları və başarıları, Güney Azərbaycan ədəbiyyatının tarixi inkişaf prosesi haqqında danışdı.

Tədbirin gedişatında Zeynəb Naxçıvanlı isə Azərbaycan ədəbiyyatının 1500 il əvvələ gedib çıxdığını, köklü bir tarixə malik olduğunu bildirib, “Mehabet” adlı qəzəlini və “Yavaş-yavaş” şeirini oxuyub.

Arzuman Azaflı aşıqlıq ənənəsinin bütün türk dünyasında ortaq bir sənət olduğunu, sazın aşıq ənənəsində müqəddəs sayıldığını bildirərək, “Bunun üçün saz ayaq üstə çalınır. Saz çalınmasa, yasdadır”.  Arzuman Azaflı mənbəsi Mikayıl Azaflı olan Böyük Qartal xalq mahnısının hekayəsini danışdı və şeiri ifa etdi.

Proqramda gənc sənətçi Afaq Xaqaniqızı ayaq üstə çaldığı alətin müşayiəti ilə “Ayrılıq” və “Böyük Qartal” mahnılarını ifa edib. Proqramda TYB Ankara şöbəsinin sədri Mehmet Sait Uluçay, vitse-prezident Şahin Ali Şen, şöbə katibi Kezban Eldemir Gültepe, İdarə Heyətinin üzvləri Hamit Gök və Dr. Şemsettin Küzeci iştirak və töhfələrinə görə qonaqlara iştirak sertifikatı və TYB nəşrləri təqdim etdi. Proqram kollektiv fotosessiya ilə başa çatıb.

Fotosessiyanı izləyicilərə təqdim edirik:

 

Şərh yaz