Türkiyənin Qarabağla bağlı yürütdüyü siyasət Amerikanın da maraqlarına uyğundur – İLAHƏ SADIQOVA

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini İlahə Sadıqova 15 iyun 2021- i il LAF TV-nin canlı efirində aparıcı Afət Telmanqızının gündəmlə bağlı suallarını cavablandırıb.

İlahə Sadıqova jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, imzalanacaq müqavilə, bu müqavilənin Azərbaycan üçün faydaları, Ərdoğanın NATO sammitində çıxışı və Amerika Prezidenti Cozef Baydenlə görüşü haqqında suallarını cavabandırarkən deyib ki, Amerika Prezidentinin Ərdoğan və daha sonra Putinlə görüşünün müzakirə mövzularından biri kimi Qarabağ məsələsi olduğu bunu deməyə əsas verir ki, Qarabağ nəinki bölgədə Rusiya üçün, eləcə də uzaq bir qitədə Amerika üçün olduqca əhəmiyyətli bir məna daşıyır. Rusiya uzun zaman, 30 ilə yaxındır ki, Qarabağ konflikti vasitəsilə Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirməyə çalışır. Bu gün sülhməramlı adıyla Qarabağ ərazisindəki mövcudluğu bir daha bunu deməyə əsas verir. Amerika siyasətinin strateji xətti kimi Rusiyanın bölgədə təsir gücünü zəiflətmək hiss olunur. Bu məsələ bu gün Türkiyənin Azərbaycanla sıx əlaqələri, eləcə də Cənubi Qafqaza nüfuz etməsi ilə Amerikanın bu siyasətinin həyata keçməsində təkanverici rol oynayır. Qısaca desək, Türkiyənin Qarabağla bağlı yürütdüyü siyasət Amerikanın da maraqlarına uyğundur.

Partiya sədrinin müavini  bildirib ki, bu gün uzun illərdir imzalanması gözlənilən tarixi müqavilənin imzalanmasına hər birimiz şahidlik edəcəyik və tariximizin gözəl səhifələrini yaşamağı bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirəm. Azərbaycanın üçrəngli bayrağı bu gün onların sayəsində Şuşada Cıdır düzündə Qarabağ atlarının iştirakı ilə dalğalandırılır.

Verilişin gedişində sədr müavini regionda Rusiya faktoru, Ermənistanda seçkilər, demokratiya və s. ilə bağlı sualları cavablandırıb.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz