Tokioda Azərbaycan himni səsləndi – Şahanə Hacıyevanın qələbəsi

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva (48 kq) qızıl medala yüksəlib.

Azərbaycan Himninin ifaları altında göz yaşlarını saxlaya bilməyən medalçımız bu qələbəni şəhidlərimizə həsr edib: Tokioda Azərbaycan himnini səsləndirdiyim üçün xoşbəxtəm. Bu qələbəmi müəllimlərimə, valideynlərimə və şəhidlərimizə həsr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək.

Qeyd edək ki, Ş.Hacıyeva ilə yanaşı, paracüdoçumuz Vüqar Şirinli (60 kq) və üzgüçümüz Raman Saleh də qızıl medala sahib olublar.

Pauerliftinqçimiz Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Şərh yaz