TikTokdan baş nazirliyə uzanan yol – İQBAL AĞAZADƏDƏN ANONS

TikTokdan baş nazirliyə uzanan yol – İqbal Ağazadədən ANONS
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası 44 faiz səs toplayaraq qalib gəlib.
Bu qələbədə əsas rolu partiyanın 35 yaşlı əyalət hökumətinin baş nazirliyinə namizədi Uilrix Ziqmund oynayıb. Ölkədə onu “TikTok ulduzu” adlandırırlar. Ziqmund geniş kütləyə məhz TikTok vasitəsilə müraciət edir.
Məhz bu vəziyyət TikTok platformasının siyasi sistemdə də rolunun gücləndiyini göstərir.
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağa-zadə deyib ki, insanlar əvvəllər fərqli sosial şəbəkə seqmentlərindən faydalanırdılar:
“İndi TikTok daha cəlbedicidir. Ümid Partiyası olaraq biz də TikTokdan geniş istifadə edirik. Azərbaycan siyasətində 3-5 nəfərdən biriyik ki, bu platformada videolarımız paylaşılır. Çox böyük baxış sayı və izləyici dəstəyi qazanmışıq.
Siyasətçi üçün informasiya və təbliğat baxımından “bu olar, bu olmaz” anlayışı yoxdur. Nə məqbuldursa, seçici səni haradan tanıyır və haradan informasiya alırsa, oradan istifadə etmək uyğundur”.
İ.Ağazadə Azərbaycan siyasi sferasının TikToka yönəlməsinin mümkünlüyü barədə anons verib:
“Hazırda TikTok daha əlverişlidir. Ona qədər Feysbuk, Tvitter (X) siyasətçilərin daha çox üz tutduqları platformalar idi. İndi isə onların yerini TikTok alıb. Siyasətçilər bu yolla daha çox seçici rəğbəti qazana bilərlər”.
Şərh yaz