Terrorçu Araikin Azərbaycan tərəfindən həbsi real deyil – TALEH ƏLİYEV

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Aliyev 15 fevral 2022-ci ildə jurnalist Ləman Ələşrəfqızının təqdimatında Laf Tv-də canlı efir qonağı olub.

Veriliş “Rus hərbçilərinin bir hissəsi sərhəddən geri qayıdır. Rusiya geri çəkilir?” mövzusu ətrafında baş tutub.

Ümid Partiyasının İcra Aparatının rəhbəri Rusiyanın Ukraynaya gözlənilən müdaxiləsindən danışıb, bildirib ki, fevralın 16-sı Rusiyanın açıqlanan hücum planı baş tutmayacaq. O, Türkiyə prezidentinin bu proseslərdə iştirakından, iki ölkə arasındakı münasibətləri tənzimləmə cəhdindən məsələnin aktuallığından da danışıb, Türkiyənin təşəbbüslərinin müsbət olduğunu vurğulayıb və onun iştirakı ilə görüşlərin vacib olduğunu qeyd edib.

T.Əliyev həmçinin qondarma “Arsax”ın rəhbəri Akayik Aruntunyanın Azərbaycana tezliklə təhvil veriləcəyi barədə səslənən rəsmi fikirlərə də münasibət bildirib və bunun real olmadığını vurğulayıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009