Taleh Əliyev Mersinin işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş törəndə iştirak edib

Ümid Partiyasının İcra Aparatının rəhbəri, Qarabağ qazisi Taleh Əliyev Türkiyə Cümhuriyyətinin Mersin şəhərinin düşmən işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə təşkil olunan bayram törənində iştirak edib.

Səfər Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Təşkilatçılara və səfərin gerçəkləşməsində əməyi keçən hər kəsə uğurlar!

Torpaqların düşməndən azad edilməsi istiqamətində canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılara şəfa, qazilərimizə can sağlığı diləyirik.

Şərh yaz