Ümid Partiyası sədrinin müavini Bakir Həsənbəyli 16 may 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.
Veriliş “Qarabağda “rus icması”nı kimlər yaradır?!” sualı ətrafında baş tutub.
Bakir Həsənbəyli Azərbaycanın Qarabağ bölgəsində, Xankəndidə rus icmasının yaradılmasından, ermənilərin bu tipli təxribatlarının davamlı olmasından, Azərbaycanın həmin təxribatlara adekvat cavab verməməsindən danışıb.
O, həmçinin bildirib ki, Rusiya dövlətinin müəyyən etdiyi siyasət Cənubi Qafqazı əldən verməməkdir və bunun üçün hər fürsətdə uyğun addımlar atır.
Bakir Həsənbəyli bildirib ki, dünya diplomatik ritorikasında reallıqlar nəzərə alınaraq artıq Cənubi Qafqaza sülhün gətirilməsi ilə bağlı danışıqlar gedir ki, bu da Rusiyanı ciddi narahat edir. Bütün narahatlıqlar fonunda da Rusiya istər Ermənistan, istərsə də Azərbaycan daxilində bütün variantlardan istifadə edərək həmin sülhə qarşı çıxır.
Onun fikrincə, rus icmasının yaradılması da bu cür variantlardan biridir və sülhün qarşısını almağa hesablanıb.
Ümid rəsmisi qeyd edib ki, Rusiya Cənubi Qafqazda rolunu artırmaq üçün istənilən varianta əl ata bilər. Onun fikrincə, Rusiyanın bölgədən çıxmaması üçüb bütün mümkün variantlardan istifadə olunub.
Ermənistanda keçirilən kütləvi aksiyalar, ermənilərlə Qarabağda birgəyaşayışın nə dərəcədə mümkünlüyü də verilişdə müzakirə mövzusu olub.
Bakir Həsənbəyli Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzkarlıq siyasətindən, dünyanın Ukraynaya dəstəyindən, Rusiyaya qarşı həyata keçirilıən sanksiyalardan da danışıb. Eyni zamanda, müharibənin gedişi və gələcəyi barədə proqnozlar da veriliş zamanı müzakirə edilib.
Sözügedən efiri izləyicilərə təqdim edirik: