Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (13 – 17 fevral) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 13- 17 fevral)
Ümid Partiyasının Rəyasət Heyəti və partiya müavinliyinin iclasları keçirilib.
Rəyasət Heyəti həftənin ilk günü toplanıb. Toplantıda Azərbaycanın daxili və xarici siyasəti müzakirə edilib. Müzakirə zamanı sosial-siyasi-iqtisadi vəziyyət, ölkə daxilin və dünyada baş verən proseslər, ölkə başçısının Münhen səfəri və s. məsələlər diqqətə çatdırılıb.
Cənubi Qafqaz və bölgədə cərəyan edən proseslər, Rusiyanın Ukraynaya qarşı təcavüz siyasəti, öz separatist niyyətlərindən əl çəkməməsi, İranın Azərbaycana qarşı yürütdüyü mənfur siyasət müzakirə mövzusu olub, Türkiyə Cümhuriyyəti və Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ ilə bağlı danışılıb, yardımların davam edilməsi istiqamətində işlər planlaşdırılıb və güneyli soydaşlarımıza yardımların göndərilməsi probleminin aradan qaldırılmasının yollarının aranması da xüsusi vurğulanıb. Bununla bərabər Güneyli soydaşlarımızın öz tarixi haqlarına qovuşması üçün 2022-ci ilin oktyabr ayında yaradılan Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin fəaliyyəti alqışlanıb, daxildə və xaricdə yaşayan ictimai-siyasi fəallara işlərində uğurlar arzulanıb və bu mübarizədə Ümid Partiyası olaraq, hər zaman Güney Azərbaycanımızın istiqlaliyyəti üçün əlimizdən gələni edəcəyimizlə bağlı iclasda bir daha xüsusi qeyd olunub.
Müavinliyin iclasında mənfur qonşu İranın yüzillərdir ölkəmizə qarşı olan nifrəti, bu nifrətin fonunda torpaqlarımıza göz dikən Ermənistana sevgisi xüsusilə vurğulanıb və fars-rasist rejiminin uzun illərdir, öz doğma torpaqlarında separatizmə məruz qalan 40 milyon soydaşımıza qarşı yönəltdiyi repressiyaları, edamları, milli-mədəni fəallarımızın həbsi bir daha pislənib və problem həll olanadək sözügedən mövzuda istər yazılarda, istərsə də canlı yayınlarda danışılması tövsiyyə olunub.
Ümid Partiyasının rayon təşkilatlarının kuratorları rayon təşkilat sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımların atılması, kənd təsərrüfatı istiqamətində yaradılan süni əngəllər və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemlərin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzinin yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlərin olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır. Şəhid ailələri və Qarabağ qazilərinin, yaralıların hüquqlarının təmin edilməsi məsələsinin xüsusi diqqətdə saxlanması da müzakirə mövzularından olub.
Müavinliyin toplantısının irəliləyən dəqiqələrində dəyişməz mövzu olaraq, cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi