Bazar ertəsi, İyul 7, 2025


ŞƏHİD Elvin Abasovun doğum günüdür

Bu gün İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşüb şəhid olan Abasov Elvin Səxavət oğlunun doğum günüdür.
Elvin İkinci Qarabağ savaşı başlayan kimi könüllü olaraq orduya yazılıb.
Torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərə qatılaraq, qəhrəmancasına döyüşüb. Elvin Abasov Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.
Həkimlərin səyinə baxmayaraq, Elvin Abasov 22 noyabrda şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Şamaxıda Şəhidlər Xiyabanında dəfn edilib.
Qeyd edək ki, Abasov Elvin Ümid Partiyasının aktiv gənc üzvlərindən biri idi. Partiyanın həyata keçirdiyi bütün tədbirlərdə fəallığı ilə seçilirdi.
Allah ŞƏHİDlərimizə rəhmət etsin, məkanları cənnət olsun.
ŞƏHİD Elvin Abasova həsr olunmuş videonu izləyicilərə təqdim edirik:
https://www.youtube.com/watch?v=IBI-H-XotEc
Şərh yaz