Bu gün İkinci Qarabağ savaşında qəhrəmancasına döyüşüb şəhid olan Abasov Elvin Səxavət oğlunun doğum günüdür.
Elvin Abasovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ümid Partiyasının Rəyasət Heyəti iştirak edib. Tədbirdə partiyanın birinci müavini Ənvər Ağazadə çıxış edib, şəhidimizlə bağlı xatirələri bölüşüb, Elvin Abasovun timsalında bütün şəhidlərimizin ruhuna sayğıyla fikirlər səsləndirib.
Qeyd edək ki, Elvin İkinci Qarabağ savaşı başlayan kimi könüllü olaraq orduya yazılıb. Torpaqlarımızın işğaldan azad olunması üçün döyüşlərə qatılaraq, qəhrəmancasına döyüşüb, Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.
Təəssüflər olsun ki, həkimlərin səyinə baxmayaraq, Elvin Abasov 22 noyabrda şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Şamaxıda Şəhidlər Xiyabanında dəfn edilib.
Xatırladaq ki, Abasov Elvin Ümid Partiyasının aktiv gənc üzvlərindən biri idi. Partiyanın həyata keçirdiyi bütün tədbirlərdə fəallığı ilə seçilirdi.
Allah ŞƏHİDlərimizə rəhmət etsin, məkanları cənnət olsun.
ŞƏHİD Elvin Abasova həsr olunmuş videonu izləyicilərə təqdim edirik:
Şərh yaz