Şəhid ailəsi, Qarabağ qazisi qurum qarşısında dayanmamalı, onların haqqı operativ verilməlidir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 19 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.


Veriliş “Tərtər cinayəti açılırmı?.. Bəraət aldılar. Sonra nə olacaq?!” mövzusu ətrafında baş tutub. Eyni zamanda, verilişdə Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklər geniş şəkildə müzakirə edilib.


İqbal Ağazadə Tərtər hadisələri barədə, qanun qarşısında cəzasız qalanlardan, hüquqi dövlət qurulmasının vacibliyindən, həmçinin bir müddət əvvəl yaradılan yeni istintaq qrupundan, onun fəaliyyətindən danışıb. O, istintaqdan gözləntilərini də dilə gətirib.

Partiya sədri verilişdə “Tərtər işi” ilə bağlı əhatəli danışıb, hərbçilərə işgəncə verən cinayətkarların araşdırılıb, məhkəmə qarşısına çıxarılması üçün istintaq komissiyasının yaradılması tələbi ilə Baş Prokurora ölkədə ilk olaraq rəsmi məktubla Ümid Partiyasının müraciətini diqqətə çatdırıb.


Ümid sədri Konstitusiyaya təklif etdikləri dəyişiklikləri maddə-maddə şərh edib, bu əlavə və dəyişiklikıərin vacibliyindən danışıb və bənd-bənd izahat verib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz