Rusiyanın yanında durmaq bataqlıqda batmaq deməkdir- ƏNVƏR AĞAZADƏ

Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 4 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Rusiya bu əraziyə girdi. Küçə döyüşləri başladı” mövzusu ətrafında baş tutub.

Ənvər Ağazadə Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüz siyasətindən, Ukraynanı işğal etməsindən, həmçinin ona olan dirənişdən danışıb. O, rus ordusunda olan pərakəndəlikdən, dövlət rəsmilərinin fərqli çıxış və bəyanatlarından, Rusiyanın informasiya müharibəsini uduzmasından, hərbi sahədəki uğursuzluqlarından, dünyanın Ukraynaya dəstəyindən, yardımlardan, döyüşməyə gələn könüllülərdən də söz açıb.

Eyni zamanda, Putinin hakimiyyətdən getməsinin vacibliyi, onun nüvə silahından istifadə ehtimalı da verilişdə müzakirə mövzusu olub. Ə.Ağazadə Rusiyada başlanan etirazlardan, beynəlxalq Haaqa Məhkəməsinə 38 ölkənin müraciətindən, Ukraynada gedən küçə döyüşlərindən, rus əsgərlərinin psixoloji durumunun yüksək olmamasından, Rusiyaya qarşı başlanan sanksiyalardan da danışıb, eyni zamanda, müharibənin gedişatı barədə ehtimallarını bölüşüb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz