Rusiyanın Ukraynaya işğalı ilə bağlı ən böyük məğlubiyyəti öz ətrafında koalisiya qura bilməməsi ilə başladı – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 29 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda nə etməliyik?” sualı ətrafında baş tutub.

İqbal Ağazadə son həftələr Qarabağ bölgəsində yaranan hərəkətlənmədən, separatçıların təxribatlarından, həmçinin hərbi əməliyyat ehtimallarından danışıb. Onun sözlərinə görə, indiki halda Qarabağda silahlı terrorçu dəstəyə qarşı hansısa əməliyyatın keçirilməsi yanlış addımdır və Azərbaycan hakimiyyəti bundan çəkinməlidir.

Ümid sədri Ermənistan-Azərbaycan münaqişəsində Qərbin və Rusiyanın mövqeyinin üst-üstə düşdüyünü, eyni mövqeni sərgilədiklərini vurğulayıb və bunun da bizim xeyrimizə olmadığına diqqət çəkib. Onun fikrincə, bu problemin həlli Rusiya qoşunlarının ümumiyyətlə Cənubi Qafqazdan çıxmasıdır.

İqbal Ağazadə vurğulayıb ki, Qarabağda konflikt yaşadan, Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Onun Ukraynadakı müharibədə uduzması və zəifləməsi bu konfliktin bizim xeyrimizə həllinə səbəb ola bilər.

O, Azərbaycan hakimiyyətinin işğaldan azad olunan ərazilərin bərpası və əhalinin oraya köçürülməsi istiqamətində gördüyü işlərin qənaətbəxs olmadığını bildirib, bu prosesi tezləşdirməyin vacibliyni açıqlayıb. Həmçinin qeyd edib ki, indi bizim əsas vəzifəmiz Ermənistanı sülhə məcbur etməkdir.

Ümid sədri Laçın keçid məntəcəsində sərhəd və gömrük orqanlarının yaradılmasını da təklif edib. Eyni zamanda, sülhməramlı adı ilə oraya yerləşdirilən qüvvələrin hansı işləri görməli olduğunun dəqiqləşdirilməyə ehtiyacı olduğunu da durğulayıb. O, həmin ərazilərdəki yollardan istifadə edən Azərbaycana məxsus maşınlarının yoxlanmasına etirazını bildirib və hakimiyyətin buna yol verməməsinin vacibliyini diqqətə çatdırıb.

İqbal Ağazadə təkidlə bildirib ki, biz sürətlə Rusiyadan qaçmağı düşünməliyik. Çünki Rusiyanın Ukraynada başlatdığı və bir aydan artıq davam edən müharibə artıq dünya gücləri tərəfindən demokratiya ilə avtoritarizmin savaşı adını alıb və burada Rusiyanın yanında yer almaq olduqca təhlükəlidir.

O, ölkədəki çoxsaylı problemlərdən, seçki problemlərindən, siyasi problemlərdən, siyasi məhbus məsələsindən danışıb və problemləri çözmək istiqamətində təkliflərini səsləndirib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz
PAYLAŞ

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009