Rusiyada defoltdan sonra qarışıqlıq olacaq – ANAR İSAYEV

“Rusiyanın defoltdan başqa çıxış yolu yox idi. Rusiyanın borc öhdəlikləri üzrə ödənişlərinin icra edilməsi artıq mümkünsüzdür”.

Ümid Partiyasının iqtisadi məsələlər üzrə sədr müavini Anar İsayev Rusiyanın defolta getməsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, “Standard & Poor’s” kredit reytinq Agentliyinin bir müddət əvvəl verdiyi son açıqlamasına görə, Rusiya xarici borcunu faktiki olaraq ödəyə, qaytara bilmir, kreditorlara dollar əvəzinə rubl təklif edir. Əsas səbəb də Rusiyaya qarşı tətbiq olunmuş geniş miqyaslı sanksiyalardır.

“Rusiyanın rezerv xarici vəsaitlərinin, xarici banklarda dollarla olan vəsaitlərinin hamısını bloklayıblar. Rusiya da öz növbəsində həmin kreditorlara təklif edir ki, xarici borclarını, kreditlərini milli valyuta olan rublla qaytarsın, rublu konvertasiya etsin. Kreditorlar, borc verənlər də buna razılaşmır. Buna görə də Rusiya son varianta- defolta əl atdı. Çünki hal-hazırki durum üçün defolt qaçılmaz idi”,- deyə Anar İsayev vurğulayıb.

Ümid Partiyasının iqtisadi məsələlər üzrə sədr müavininin sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya öz valyuta ehtiyatlarının təxminən 315 milyard dollarını əldə edə bilmir. Onun fikrincə, bu qədər iqtisadi sanksiyaların qarşısında Rusiyanın defolta getməmək kimi bir şansı yox idi: “Valyuta, qızıl, xarici banklarda olan pulların hamısı bloklaşdırılıb dondurulub, Rusiya borc öhdəliyini qaytara bilmir. Bir müddət əvvəl Rusiyanın lizinqlə aldığı təyyarələrlə bağlı ödənişləri həyata keçirə bilmədiyi və təyyarələri geri qaytarmağa məcbur qaldığı barədə də xəbərlər vardı. Rusiya hazırda ağır maliyyə böhranı yaşayır. Onun defoltdan başqa yolu qalmayıb. Bundan sonra da ölkədə qarışıqlıq olacaq, ölkə iqtisadiyyatında təlatümlər baş verəcək”.

Anar İsayev xatırladıb ki, bu, yaxın tarixdə Rusiyanın üzləşdiyi ikinci defoltdur. Bundan əvvəl 1998-ci ildə Rusiya defoltla üz-üzə qalıb. “Həmin vaxt rubl üç dəfəyə qədər ucuzlaşmışdı, devalvasiya baş verdi. Bir müddət sonra Rusiyanın əsas ixrac potansialı olan xam neft və qazın dünya bazarında bahalaşmağa başladı, ölkəyə valyuta daxil oldu, rezerv valtuya toplandı. Nəticədə Rusiya problemdən çıxmağa başladı”,- deyə Anar İsayev qeyd edib.

Qeyd edək ki, Rusiya istiqraz sahiblərinə ödənişləri dollarla deyil, rublla təklif etdiyi üçün xarici borcunu defolt edib. “S&P” kredit reytinq agentliyinin məlumatında bildirilir ki, Rusiya aprelin 4-də vaxtı başa çatan iki dollarlıq istiqraz üçün rublla ödəniş etməyə cəhd edib, lakin kreditorlar bu təklifdən imtina ediblər.

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009