Rusiya təcavüzkardır, onun yanında dayanmaq olmaz- ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 7 mart 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Rusiya geri çəkiləcəkmi?”,- başlığı ilə, Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.

Elman Abbasov Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın Ukraynaya qarşı təcavüzkarlıq siyasətindən, Rusiyaya qarşı başlanan sanksiyalardan, bu sanksiyaların Rusiyaya, Ukraynaya, həmçinin dünya iqtisadiyyatına təsirindən danışıb.

O, iqtisadi cəhətdən Rusiyanın çökdürülməsi planından, Ukraynada öldürülən sivillərdən, bu ölkənin viran qoyulmasından, Ukraynanın dirənişindən, dünyanın baş verənlərə münasibətindən də söz açıb.

Elman Abbasov Rusiyanın durdurulmasının vacibliyindən, bu, baş verməzsə, Ukraynanı və dünyanı hansı təhlükələrin gözlədiyindən, danışıqlara Türkiyənin vasitəçilik etmək istəməsindən də danışıb.

Ümid sədrinin müavini bildirib ki, Rusiyanın təcavüzkar siyasətinin qarşısı alınmazsa, dünya, həmçinin post-sovet ölkələri üçün çətin durum yaranacaq. O, Rusiyanın qoyduğu şərtlərdən, bu münaqişədə güzəştə getməli olan tərəfdən, Rusiyanın parçalanma ehtimallarından, Putinin geri addım atmamasından, ona qarşı aparılan sanksiyalardan da söz açıb.

Həmçinin, Rusiyada yaşayan və işləyən azərbaycanlılarının durumu, dünya bazarında neft və qazın bahalaşmasının dünya və Azərbaycana təsirləri, post-Putin dövrü, Azərbaycan torpaqlarındakı sülhməramlılar da verilişdə müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz