Revanşist qüvvələrin Ermənistanda fəallaşmasının səbəbi nədir? – Ənvər Ağazadə şərh edir
Sentyabrın 11-12-də Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri, orada aparılan quruculuq işləri və qədim irslə tanışlıq Ermənistanda ciddi narazılıqla qarşılanıb, səfərlə bağlı etiraz bəyanatları səslənib.
Qarabağ klanı, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri bu məsələdə xüsusi fəallıq nümayiş etdiriblər. Diplomatik korpus nümayəndələrinin Qarabağa ilk səfəri deyil. Səhv etmirəmsə, son 6 ildə 22-ci səfərləridir. Ermənistanda əvvəlki səfərlərlə bağli belə xora bənzər reaksiya olmamışdı. Hətta bu dəfə Ermənistan parlamentinin sədri, sülh tərəfdarı Paşinyan komandasının üzvü Ruben Rubinyan da səfərlə bağlı etiraz bəyanatı səsləndirib.
Bu revanşit qüvvələrin fəallaşmasının səbəbi nədir? Hər şeydən əvvəl “özünunkiləşdirdikləri” qədim Alban abidələrinin onlara aid olmadığına diplomatlar tarixi faktlarla, sübutlarla şahid oldular. Dünyaya yaydıqları yalanları ifşa olundu. İkincisi, bu hay-küy onun göstərir ki, Ermənistan cəmiyyətində beyinləri zəhərlənmiş siyasətçi, QHT rəhbəri və jurnalistlər kifayət qədərdir. Son 7 iyul parlament seçkiləri də bunu göstərir.
Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirmək, sülh tərəfdarı olan Paşinyan komandası cəmi 49,81% səs topladı. Bu nəticə cənubi Qafqazda yenidən qarşıdurma , xaos yaratmaq istəyənləri həvəsləndirdi. Görünür revanşistlər yeni tapşırıq alıblarş Hər fürsətdə səslərini başlarına atacaqlar. Biz sülh istəyirik. Amma atalarımızın sözlərini də unutmamalıyıq. “…… , comağı əldən qoyma”.
Şərh yaz




