Qərb dövlətlərinin Rusiyaya sanksiyalara başlaması gələcək üçün fayda verəcək – ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 25 fevral 2022-ci ildə Rusif Məmmədsoyun təqdimatında Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Lavrov “əgər Ukrayna təslim olmasa …- Vəziyyət kritikləşir” mövzusu ətrafında baş tutub.

Partiya sədrinin müavini Rusiyanın Ukraynanı işğal etməyə başlamasından, davam edən qanlı hərbi təcavüzdən, müharibənin müxtəlif səbəblərindən danışıb. Həmçinin, Ukraynanın meydanda tək qalması, Qərb dövlətlərinin dəstək verməməsi, NATO-nun Ukraynaya hərbi yardım etməməsindən, böyük dövlətlərin, güclərin pərdarxası danışıqlarından, verilən rollardan, gözlənilən yeni dünya xəritəsi və yeni şəkilləndirmədən də danışılıb.

Eyni zamanda, Qarabağdakı 44 günlük savaşda dünyanın və Rusiyanın davranışı müharibədən, sülhməramlı adı ilə rus qoşunlarının Qarabağa girməsi, yaxınlarda Qazaxıstanda baş verənlər, KTMT adı ilə Rusiyanın oraya girməsi də verilişin müzakirə mövzusu olub.

Qarabağ bölgəsindəki gərginlik və narahatlıqlar da müzakirə edilib. Otuzuncu ildönümü tamam olan Xocalı soyqırımının səbəbləri, erməni vəhşiliyi də diqqətə çatdırılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz