Partiyanın təbliğat və informasiya müavinliyi həftəlik fəaliyyəti (27-31 mart) yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (27 – 31 mart) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ

(Həftəlik 27- 31 mart)

Həftə ərzində Ümid Partiyasının Rəyasət Heyəti və partiya müavinliyinin iclasları keçirilib. Rəyasət Heyətinin toplantısında dünyada və ölkədə baş verənlər, həftəlik gündəm müzakirə edilib.
İclasda müzakirə mövzularından biri Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, deputat Fazil Mustafaya qarşı edilən sui-qəsd terroru olub. Belə ki, sui-qəsdin İran rejimi tərəfindən törədildiyi də iddia edilib, cinayətkar(lar)ın dərhal həbsi və hücumun motivi hüquq-mühafizə orqanları tərəfindən araşdırılması tələb olunub.

Toplantıda həmçinin İranın Azərbaycana qarşı olan tarixi nifrəti, Ermənistana sevgisi xüsusilə vurğulanıb və fars-rasist rejiminin uzun illərdir, öz doğma torpaqlarında separatizmə məruz qalan 40 milyon soydaşımıza qarşı yönəltdiyi repressiyaları, edamları, milli-mədəni fəallarımızın həbsi pislənib.

Rəyasət Heyətinin toplantısında Azərbaycanın İsraildə səfirliyinin açılması alqışlanıb, iki dövlətin dərin dostluğu, əməkdaşlığı təqdir olunub.

Azərbaycanlıların 31 Mart Soyqırımı haqda partiya daxilində tədbir keçirilib, 30 mart – 3 aprel tarixində erməni daşnaqları tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc azərbaycanlı əhalisinin ruhları sayğıyla anılıb, ermənilərin rusların yardımı ilə tarix boyu Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlar pislənib, bu faciələrin bir daha yaşanmaması istiqamətində danışılıb.
Daha sonra müavinliyin toplantısında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Toplantıda kuratorlar rayon şöbə sədrlərinin hesabatlarına əsasən qeyd ediblər ki, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımların atılması, kənd təsərrüfatı istiqamətində yaradılan süni əngəllər və s. məsələlər bölgə üçün çox vacib, narahatedici məqamlardır və bu problemlərin həlli üçün də partiyanın təklifləri diqqətə çatdırılıb. Belə ki, ölkədə sosial şərait, əhalinin yaşam tərzinin yaxşılaşdırılması, əhalinin aztəminatlı hissəsinə xüsusi güzəştlərin olması, kommunal xərclərin aşağı salınması, uşaqpullarının verilməsi, demokratik cəmiyyət idarəçiliyinin olması, insan haqlarının qorunması, məhkəmələrin azad qərarlar qəbul etməsi ölkədaxili həlli ediləcək ən mühüm addımlardandır. Şəhid ailələri və Qarabağ qazilərinin, yaralıların hüquqlarının təmin edilməsi məsələsinin xüsusi diqqətdə saxlanması da müzakirə mövzularından olub.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Arb 24 Tv, Toplum Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz