Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağazadə ARB TV – də 19 fevral 2024-cü il Ülvira Qarayevanın təqdimatında “Günə son” verilişində canlı efir qonağı olub.
Sözügedən efiri izləyicilərə təqdim edirik:
Ölkədə təcili Referendum keçirilməli, Konstitusion islahatlara getməli və idarəetmənin yükü bölüşdürülməlidir.
Sosial sferada hökümətin edə biləcəyi birinci vəzifə pensiya təminatının, minimum istehlak zənbilinin artırılması, uşaq pulunun
verilməsi, pensiyaların və yaşayış təminatlarının miqdarının bazar iqtisadiyyatına və ölkənin bugünkü durumuna uyğunlaşdırmaqdır.
Təhsil elə bir səviyyəyə gətirilməlidir ki, insanlar xurafata və cəhalətə yuvarlanmasınlar.
Biz Türk ailəsinin bir parçası olmaqla yanaşı, həm də Avropa coğrafiyasının tərkib hissəsiyik.
Hər millətin öz adıyla çağırılması kimsədə qıcıq yaratmamalıdır.
2023-cü il 1918-ci ilə bərabər bir il idi. Bu tarixin dəyərini vermək gərəkdir.