Müxalifət öz arasında dialoq mədəniyyəti yaratsın, iqtidar-müxalifət dialoqu da yoluna düşəcək – TAMİLLA QULAMİ

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami 13 may 2022-ci ildə Bakunews Tv-də efir qonağı olub.

Veriliş “”İqtidar-müxalifət dialoqu” mövzusunda siyasilər ortaq məxrəci tapa bildilərmi?” başlığı ilə yayımlanıb və iqtidar-müxalifət dialoqu mövzusuna həsr edilib.

Tamilla Qulami iqtidar-müxalifət dialoqundan, dialoqun normal şərtlərlə baş tutmamasının səbəblərindən, ikinci Qarabağ savaşında ölkə müxalifətinin iqtidarın yanında dayanmasından danışıb. O, sözügedən dialoqun normal olmamasından, bunun səbəblərindən, siyasi partiyalara olan basqılardan da söz açıb.

Partiyaların rayonlarda ofis problemi, rayon icra hakimiyyətlərinin basqısı, ictimai-siyasi fəallara qarşı basqılar da verilişdə müzakirə mövzusu olub.

Partiyaların seçkiyə buraxılmaması, seçkilərin saxtakarlıqla dolu olması, ölkə seçki mədəniyyəti, seçkilərin şəffaf keçerilməməsi, partiyalara qoyulan qadağalar, seçicilərlə görüşlərə maneə yaradılması və sair məsələlər də verilişdə müzakirə edilib.
Vətəndaşların siyasətdən uzaqlaşması, bunun səbəbləri, ölkə gənclərinin siyasətdən uzaqlığı, repressiyalar da verilişdə müzakirəyə çıxarılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz