Müharibənin coğrafiyası genişlənə bilər- TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev 18 mart 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Fransadan dünyaya mesaj- “Böyük müharibəyə hazır olun””,- mövzusu ətrafında baş tutub.

Taleh Əliyev Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın 23 gündən artıq davam edən təcavüzündən, bu ölkəyə qarşı həyata keçirilən sanksiyalardan, iqtisadiyyatın çökməsindən danışıb. O, həmçinin Ukraynanın şəhərlərinin dağıdılmasından, günahsız insanların qətliamından, Rusiyanın amansız müharibə aparmasının səbəblərindən söz açıb.

Ümid Partiyası İcra Aparatının rəhbəri dünya ölkələrinin bu müharibəyə münasibətindən, Ukraynaya verilən dəstəkdən də danışıb. Eyni zamanda, Azərbaycanın Ukraynaya dəstəyinin vacibliyi də qeyd edilib.

Verilişdə sanksiyalar nəticəsində rusiyalı iş adamlarının ağır durumu, xalqın qarşılaşdığı problemlər, bahalıq və qıtlıq, Rusiyanın maliyyə itkiləri də müzakirə mövzusu olub.

Həmçinin Putinin aqressiyası, müharibə siyasətini durdura biləcək qüvvə, Rusiya xalqının etirazı, nüvə silahından istifadə, Türkiyənin vastəçiliyi kimi məsələlər də detallı şəkildə müzakirəyə çıxarılıb.

Taleh Əliyev müharibənin sülh varintının real görünməməsindən, tərəflərin hədəflərinin bir-birinə ziddiyyət təşkil etməsindən, müharibənin coğrafiyasının genişlənmə ehtimallarından da danışıb. O, müharibə cinayəti törətmiş şəxslərin, icraçıların məsuliyyəti cəlb olunmasının vacibliyini vurğulayıb. Taleh Əliyev deyib ki, əks halda, Putinin durdurulmaması faşizmin demokratiya üzərində qələbəsi olacaq.

Rusiyada və Ukraynada yaşayan azərbaycanlıların durumu, onların Azərbaycana gəlməsi istiqamətində qarşılaşdıqları çətinliklər, Azərbaycanın dəstəyinə ehtiyac duymaları, həmin ölkələrin vətəndaşlığını almış azərbaycanlılara da dəstəyin vacibliyi verilişdə ayrıca müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009