Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 3 iyun 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.
Veriliş “Rusiyanın hücum planı baş tutmadı. İtkilər var” mövzusu ətrafında baş tutub.
Ənvər Ağazadə üç aydan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsindən, son günlər baş verən hərbi əməliyyatların gedişindən və müharibədən gözləntilərdən danışıb.
Onun sözlərinə görə, bu müharibədə Rusiya qarşısına qoyduğu öhdəliyə nail ola bilməyib. O, Rusiyaya qarşı həyata keçirilən sanksiyalardan və ölkənin buna nə qədər davam gətirə biləcəyindən də söz açıb.
Ümid rəsmisi Rusiya prezidenti Putinin artıq dayaqlarını itirdiyini vurğulayıb və bu müharibənin qalibinin Ukrayna olacağını bildirib. Onun fikrincə, Putin hakimiyyətdən getməlidir, dünya güclərinin hədəfi ona hesablanıb. Rusiya qalib gəlməli deyil.
Ənvər Ağazadə postmüharibə dövrü ilə bağlı da ehtimallarını bölüşüb. Onun sözlərinə görə, müharibədən sonrakı dövr keçmiş sovet ölkələri üçün fərqli dövr olacaq. Keçmiş sovet ölkələrində demokratikləşmə prosesi başlayacaq.
Sözügedən efiri izləyicilərə təqdim edirik: