Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuriy Husevə Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik məktubu yollayıb.
Təbriki izləyicilərə təqdim edirik:
Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husevə
Hörmətli Səfir,
24 avqust Ukraynanın müstəqillik gününün elan edilməsi – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Ukrayna xalqına öz adımdan və rəhbərlik etdiyim Ümid Partiyası adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında ortaq tarixi, mədəni əlaqələr vardır. İki ölkə arasındakı bu dostluq münasibətləri qardaş xalqlarımızın iradəsindən qaynaqlanır.
27 sentyabr – 10 noyabr 2020-ci il Ermənistan-Azərbaycan arasındakı 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı Ukrayna da qəti mövqe nümayiş etdirdi. Dost Ukraynanın bizim haqq işimizdə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir və Azərbaycan və Ukraynanın dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin inkişafı bizi sevindirir.
Bu gün 4 il yarımdır ki, Ukrayna, Ukrayna xalqı ağır sınaqlardan keçir. Rusiya yenə də işğalçı siyasətindən əl çəkməyərək, bu dəfə Ukraynanın ərazi bütövlüyünə göz dikib, zor gücünə Ukraynanın əzəli, əbədi torpaqlarına iddia edir.
Biz, Azərbaycanda demokratik cəmiyyət arzulayan və onun üçün mübarizə aparan partiya olaraq, hər zaman Rusiyanın region və dünya siyasətinə qarşı olmuşuq, bu ölkənin hakimiyyətini demokratikləşmə üçün böyük əngəl hesab etmişik.
Ümid Partiyası olaraq, dünyanın güc dövlətlərinə zaman-zaman Ukrayna üçün çağırışlar edərək, istəmişik ki, onlar separatizmə qarşı və Rusiyanı durdurmaq üçün ciddi addımlar atsınlar.
Ümid Partiyası olaraq, Rusiyanın işğalçı, bölücü addımlarını daim pisləyir, 24 fevral 2022-ci ildən Ukraynaya vəhşicəsinə müdaxilə edən Rusiyanın bu savaşda məğlub olacağı, Ukraynanın qalib olacağına inanırıq.
Cənab Səfir!
Başda Ukrayna Prezidenti cənab Volodimir Zelenski olmaqla, Sizə, Ukrayna xalqına səbr, cəsarət və dözüm arzulayır, “Azərbaycan Ukraynanın yanındadır!” deyirik.
Ukraynanın ağır zamanı olsa da, bu əlamətdar – Ukraynanın Müstəqillik Günündə Sizə cansağlığı, qardaş Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Надзвичайному і Повноважному Послу
України в Азербайджанській Республіці
Юрію ГУСЄВУ
Шановний пане Посол!
Щиро вітаю Вас та в Вашій особі братній український народ від себе особисто та від імені очолюваної мною Партії «Ümid» з Днем Незалежності України — визначним святом, яке відзначається 24 серпня.
Між Азербайджанською Республікою та Україною існують спільні історичні та культурні зв’язки. Дружні відносини між нашими державами ґрунтуються на волі наших братніх народів.
Під час 44-денної війни між Вірменією та Азербайджаном, яка тривала з 27 вересня по 10 листопада 2020 року, Україна також зайняла чітку позицію щодо відновлення територіальної цілісності нашої країни. Беззастережна підтримка та солідарність дружньої України у нашій справедливій справі високо оцінюються нашим народом. Нас надзвичайно тішить розвиток дружніх, братерських та партнерських відносин між Азербайджаном і Україною.
Сьогодні вже чотири з половиною роки Україна та український народ проходять через важкі випробування. Росія, не відмовляючись від своєї агресивної політики, цього разу посягнула на територіальну цілісність України та силою намагається претендувати на споконвічні українські землі.
Ми, як партія, яка прагне демократичного суспільства в Азербайджані та бореться за його утвердження, завжди виступали проти політики Росії в регіоні та світі й вважали владу цієї країни великою перешкодою на шляху демократизації.
Партія «Ümid» неодноразово зверталася до світових держав із закликами щодо України, закликаючи їх вживати рішучих заходів проти сепаратизму та для стримування Росії.
Партія «Ümid» послідовно засуджує агресивні та розколювальні дії Росії. Ми віримо, що Росія, яка 24 лютого 2022 року жорстоко вторглася в Україну, зазнає поразки у цій війні, а Україна здобуде перемогу.
Пане Посол!
Бажаю Вам, народу України, а також Президенту України пану Володимиру Зеленському терпіння, мужності та стійкості й заявляю: «Азербайджан — разом з Україною!»
Попри важкі часи, які переживає Україна, у цей визначний день — День Незалежності України — бажаю Вам міцного здоров’я, а братньому українському народу — миру, безпеки, добробуту та процвітання.
З повагою,
Ікбал АГА-ЗАДЕ
Голова Партії «Ümid»
24 серпня 2026 року
Şərh yaz




