İQBAL AĞAZADƏ növbədənkənar prezident seçkilərindən danışdı

Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” Ümid Partiyasının sədri İqbal Ağazadənin seçkilərdə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

İqbal Ağa-zadə bildirib ki, Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party-nın seçkilərdə iştirak etməsi üçün nizamnamə tələblərinə uyğun olaraq, partiya rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir:

8 dekabr saat 10:00-da partiyanın İdarə Heyətinin iclası keçiriləcək. İdarə Heyətinin qərarından sonra nəticələri mətbuata açıqlayacağıq. Məşvərət Məclisinin qəbul edəcəyi qərardan sonra biz seçkilərdə iştirak edib-etməmək barədə yekun rəyimizi formalaşdıracağıq. Hesab edirəm ki, Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” Qanunu siyasi partiyaların üzərinə seçkilərdə iştirakla bağlı bir öhdəlik qoyur. Hər halda bu da nəzərə alınacaq”.

İqbal Ağazadə vurğulayıb ki, seçkilərdə iştirak həm təbliğat, seçici ilə ünsiyyət, həm də “Siyasi partiyalar haqqında” Qanunun tələbidir:

“Açıq etiraf edək ki, xüsusilə Qarabağ qələbəsindən qısa müddət sonra Prezident İlham Əliyevə rəqib olmaq elə də asan deyil”.

https://qafqazinfo.az/news/detail/ilham-eliyeve-reqib-olmaq-asan-deyil-420678?fbclid=IwAR2YEwhDClN2w4wm6c4uQUmS-O0J3OPs39bBG2OR9dgS41lHm8a9pMV4N8E

 

Şərh yaz