Qanla yazılan, qürurla yaşadılan TARİX – 20 Yanvar – Ümumxalq Hüzn Günü…
36 il öncə Bu Gün Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanla yazılmış, lakin şərəfli səhifəsidir.
19-dan 20-nə keçən gecə Sovet ordusunun törətdiyi qanlı qırğın nəticəsində günahsız dinc insanlar – qadınlar, uşaqlar, gənclər, qocalar Şəhid oldular.
Bu faciə xalqımızın iradəsini sındırmadı, əksinə azadlıq yolunda birliyini və qətiyyətini daha da möhkəmləndirdi.
Torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından qəhrəmancasına keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onların ailələrinə və bütün Azərbaycan xalqına dərin başsağlığı veririk.
Allah rəhmət etsin!
Şərh yaz




