İqbal Ağazadə tələbə adını qazanan gəncləri təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə tələbə adını qazanan gəncləri təbrik edib. Təbriki izləyicilərə təqdim edirik:

Tələbə adını qazanan bütün gənclərimizi, valideynləri, müəllimləri ürəkdən təbrik edir, müvəffəqiyyətiniz davamlı olsun deyirəm.

Arzu edirəm ki, bilik və bacarığınızla ölkəmiz çiçəklənsin, demokratikləşsin, səsimiz dünyanın hər yerində eşidilsin.

Qoy, sıralarınızdan Nobel mükafatçıları, ədalətli idarəçilər, vicdanlı məmurlar, savadlı həkimlər və müəllimlər, istedadlı sənət adamları, bir sözlə, peşəkarcasına işinə və ixtisasına, xalqına və dövlətinə bağlı olan vətəndaşlar çıxsın.

İnanıram ki, ilk mərhələni uğurla adlayıb tələbə adını qazandığınız kimi, təhsil müddətində də bu uğurları davam etdirəcəksiniz. Azərbaycanın gələcəyi sizlərdən çox asılıdır.

Bu ölkəni gec-tez fəhlə, alim, həkim, müəllim, məmur, nazir, prezident kimi sizlər təhvil alacaqsınız. Təhsil almaq üçün elə imkanınız və şəraitiniz olsun ki, ölkəmizin problemlərini həll edib, dünyada Azərbaycanımızın imzasını tanıda biləsiniz.

Allah sizləri qorusun!

Hər birinizə bir daha uğurlar arzulayıram!

Sevgi və sayğılarla İqbal Ağazadə

Şərh yaz