İqbal Ağazadə müəllimləri təbrik edib

Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabından müəllimlərə təbrik ünvanlayıb. Təbriki izləyicilərə təqdim edirik:
Əziz müəllimlər!
 
Sizi Müəllimlər Günü münasibətilə təbrik edirəm!
 
Hər şeydən öncə hər birinizə can sağlığı, firəvan həyat və uğurlu tədris illəri arzulayıram.
 
Arzu edirik ki, sayənizdə övladlarımızın bilik, təhsil sahəsində atdıqları addımları uğurlu olsun.
 
Biz hər birimiz – bütöv xalq olaraq, dövlət olaraq, təhsil sisteminə, sizlərin əməyinizin dəyərləndirilməsinə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır. Ona görə də gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayırmalıyıq. Arzu edirik ki, pandemiya dövrü şagirdlərimizin bilik və bacarıqlarının artırılmasına mənfi təsir göstərməsin. 
 
Əziz müəllimlər!
Azərbaycanımızın bütövləşməsi yolunda bir olaq, birlik olaq. Tezliklə işğaldan azad etdiyimiz Qarabağımızda təhsil ocaqları açılsın, bu gün nəzarətimizdə olmayan, işğal altında olan digər torpaqlarımızı da azad edək. Biz Qarabağımızda daha məsuliyyətlə çalışmalıyıq ki, o torpaqları azad edən Şəhidlərimizin müqəddəs ruhu şad olsun! 
Torpaqlarımızın azad edilməsində canından keçən Şəhid müəllimlərimizin ruhu qarşısında baş əyir, müəllim qazilərimizə can sağlığı arzu edirik!
 
Unutmayaq ki, məhz sizlərin zəhməti sayəsində şagirdlər, tələbələr ölkəmizin gələcəyidir.
 
Bir daha sizləri təbrik edir, uğurlar arzulayıram!
 
Sevgilərlə İqbal Ağazadə
Şərh yaz