İqbal Ağazadə güneyli deputatlara zəng edib

İqbal Ağazadə İran-Ermənistan sərhəddindən Ermənistana gedən silah-sursat, yanacaq maşınlarının qarşısını almaq üçün Güneydə yaşayan azərbaycanlı soydaşlarımıza çağırış edib.

29 sentyabr güneyli soydaşlarımız İqbal Ağazadənin çağırışına cavab olaraq, yaşadıqları ərazilərdən yolları kəsərək, Ermənistana yardım üçün göndərilən yüklərin qarşısını almağa çalışıblar. Onlarla soydaşlarımız həbs olunub.

Bu məsələ ilə bağlı İqbal Ağazadə İran Parlamentində Azərbaycanı təmsil edən deputatlara telefonla zəng edib.

Partiya sədri bir sıra deputatlarla İranın Qarabağla bağlı haqq işinə dəstək verməyini və Güney Azərbaycan ərazisindən keçən yardımların durdurulması məsələsini danışıb. Bəzi deputatlar danışıqdan imtina etsə də, bir neçəsi ilə danışıq baş tutub.

Qarabağ qazisi İqbal Ağazadə deputatlarla telefon danışığı zamanı deyib ki, Güney Azərbaycan torpaqlarından Ermənistana gedən bütün yardım maşınlarının hər birinin qarşısının alınması, bu əməliyyatın dayandırılması üçün İran Parlamentində məsələ qaldırmağın vacib olduğunu deyib. 

“Ermənistana gedən yüklərin qarşısının alınması üçün öz torpaqlarından haqlı etirazlar edən güneyli soydaşlarımızın dərhal həbsdən azad edilməsini tələb edir, soydaşlarımızın haqlarının bərpa olunmasına çağırırıq” – partiya sədri danışıq əsnasında bildirib.

Deputatlardan biri Əhməd Əlirza Beygi ilə baş tutan telefon danışığını təqdim edirik:

Şərh yaz
PAYLAŞ