İqbal Ağazadə Azərbaycan xalqına gözaydınlığı verdi

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin, yaralılarımız tezliklə şəfa tapsın, inşallah…
Bu növbəti böyük zəfərdir, 1987-ci ilin sonlarından bizlə birlikdə yaşamayacaqlarını bəyan edən ermənilər, mərkəzi hakimiyyətə tabe olmaqla bağlı danışıqlara hazır olduqlarını bəyan etdilər.
Ya konstitusiyamız çərçivəsində qanunlara tabe olub Azərbaycan vətəndaşı olacaqlar, silahı yerə qoyub, separatizmə son verəcəklər, ya da…
Ya da yoxdur…
Bu Vətən bölünməyəcək, ya onu sevəcəksən, ya gedəcəksən…
Ruhun qarşısında baş əyirəm, ŞƏHİDİM!!!
Yaşa, Azərbaycan əsgəri!!!
P.S. Ali Baş Komandandan sıravi vətəndaşa qədər milli birlik, cəsarət, təmkin göstərən hər kəsə sonsuz minnətdarlıq hissi ilə…
Şərh yaz