İqbal Ağazadə ABŞ-ın Müstəqillik Günü münasibətilə Cozef Baydeni və Amerika xalqını təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydeni və Amerika xalqını ABŞ-ın 245 illik Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli cənab Prezident Cozef Robinette Bayden və Amerika xalqı!

Öncəliklə Amerika Birləşmiş Ştatlarının 245-ci ildönümünün qeyd olunduğu ərəfədə cənab Cozef Baydeni bir daha Prezident statusu münasibətilə təbrik edirəm.

Seçkilərin şəffaf nəticəsi demokratik ənənələrin mövcud olduğunun göstəricisidir. Ölkə əhalisi tərəfindən iradənin müstəqil şəkildə ifadə edilməsi digər ölkələr üçün bir nümunədir.

İnanıram ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı dostluq və tərəfdaşlıq münasibətləri dövlətlərimizin və xalqlarımızın xeyrinə uğurla davam edəcəkdir.

Sizi və Amerika xalqını ölkənin müstəqilliyinin 245-ci ildönümü münasibətilə təbrik edir, Azərbaycan Ümid Partiyası və öz adımdan tərəfdaşlığımızın davam etdirilməsində və inkişafında maraqlı olduğumuzu vurğulamaq istərdim.

Hörmətlə,
İqbal Ağazadə
Azərbaycan Ümid Partiyasının sədri

Şərh yaz