İqbal Ağazadə Ukraynanın Müstəqillik Günü münasibətilə Ukrayna səfirinə təbrik məktubu yollayıb

Ümid Partiyasının sədri İqbal Ağazadə Ukrayna  Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskiyə Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik yollayıb.

Təbriki izləyicilərə təqdim edirik:

Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskiyə

Hörmətli Səfir,
24 avqust Ukraynanın müstəqillik gününün elan edilməsi – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Ukrayna xalqımıza öz adımdan və rəhbərlik etdiyim Ümid Partiyası adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında ortaq tarixi, mədəni əlaqələr vardır. İki ölkə arasındakı bu dostluq münasibətləri qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. 

27 sentyabr – 10 noyabr 2020-ci il Ermənistan-Azərbaycan arasındakı 44 günlük savaşda ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı Ukrayna da qəti mövqe nümayiş etdirdi. Dost Ukraynanın bizim haqq işimizdə göstərdiyi tərəddüdsüz dəstək və həmrəylik xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir və Azərbaycan və Ukraynanın dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin inkişafı bizi sevindirir. 

Bu gün Ukrayna, Ukrayna xalqı ağır sınaqlardan keçir. Rusiya yenə də işğalçı siyasətindən əl çəkməyərək, bu dəfə Ukraynanın ərazi bütövlüyünə göz dikib, zor gücünə Ukraynanın əzəli, əbədi torpaqlarına iddia edir. 
Biz, Azərbaycanda demokratik cəmiyyət arzulayan və onun üçün mübarizə aparan partiya olaraq, hər zaman Rusiyanın region və dünya siyasətinə qarşı olmuşuq, bu ölkənin hakimiyyətini demokratikləşmə üçün böyük əngəl hesab etmişik.
Ümid Partiyası olaraq, dünyanın güc dövlətlərinə zaman-zaman Ukrayna üçün bəyanat verərək, istəmişik ki, onlar separatizmə qarşı və Rusiyanı durdurmaq üçün ciddi addımlar atsınlar.
Ümid Partiyası olaraq, Rusiyanın separatist addımlarını daim pisləyir, 24 fevral 2022-ci ildən Ukraynaya vəhşicəsinə müdaxilə edən Rusiyanın bu savaşda məğlub olacağı, Ukraynanın qalib olacağına inanırıq.
Cənab Səfir!
Başda Ukrayna Prezidenti Vladimir Zelenski olmaqla, Sizə, Ukrayna xalqına səbr, cəsarət və dözüm arzulayır, “Azərbaycan Ukraynanın yanındadır!” deyirik.
Ukraynanın ağır zamanı olsa da, bu əlamətdar – Ukraynanın Müstəqillik Günündə Sizə cansağlığı, qardaş Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, 
İqbal Ağazadə
Ümid Partiyasının sədri 
24 avqust 2022

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009