İqbal Ağazadə müəllimləri təbrik etdi

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağa-zadə müəllimləri təbrik edib:
Əziz müəllimlər!
Sizi Müəllimlər Günü münasibətilə təbrik edirəm!
Hər şeydən öncə hər birinizə can sağlığı, firəvan həyat və uğurlu tədris illəri arzulayıram.
Arzu edirəm ki, sayənizdə övladlarımızın bilik, təhsil sahəsində atdıqları addımları uğurlu olsun.
Biz hər birimiz – bütöv xalq olaraq, dövlət olaraq, təhsil sisteminə xüsusi diqqət ayırmalı, sizin əməyinizin layiqincə dəyərləndirilməsinə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır. Ona görə də gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayırmalıyıq.
Əziz müəllimlər!
Azərbaycanımızın bütövləşməsi yolunda bir olaq, birlik olaq.
Tezliklə işğaldan azad etdiyimiz Qarabağımızda təhsil ocaqları açılsın. Biz Qarabağımızda daha məsuliyyətlə çalışmalıyıq ki, o torpaqları azad edən Şəhidlərimizin müqəddəs ruhu şad olsun!
Torpaqlarımızın azad edilməsində canından keçən Şəhid müəllimlərimizin ruhu qarşısında baş əyir, müəllim qazilərimizə can sağlığı arzu edirik!
Unutmayaq ki, məhz sizin zəhmətiniz sayəsində şagirdlər, tələbələr ölkəmizin gələcəyidir.
Bir daha sizi təbrik edir, uğurlar arzulayıram!
Sevgi və sayğılarla İqbal Ağazadə
Şərh yaz