Bu gün Azərbaycanda Milli Kino Günüdür.
1898-ci il avqustun 2-də “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil olunub. Həmin gün Azərbaycanın milli kinonsunun yaranma günü sayılır.
Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra üçüncü minilliyin ilk ilindən etibarən 2 avqust tarixini kino işçilərinin peşə bayramı kimi qeyd edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti bu gün münasibətilə bütün kino işçilərini təbrik edir, onlara uzun ömür, cansağlığı, sənət və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayır.
Şərh yaz