İqbal Ağazadə Bilik Günü ilə bağlı təbrik yazdı

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın sədri İqbal Ağazadə “Bilik günü” münasibəti ilə şagird və tələbələri təbrik etdi. Təbriki izləyicilərə təqdim edirik:
Əziz müəllimlər, tələbələr, şagirdlər və hörmətli valideynlər!
Sizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm!
Hər şeydən öncə hər birinizə can sağlığı, firavan həyat və uğurlu təhsil ili arzulayıram.
“Bilik günü” – bugünün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birincilər, tələbə adını qazanmış abituriyentlər bu günü sevinc və həyəcanla yaşayırlar.
Arzu edirik ki, körpələrimizin bilik, təhsil sahəsində atdıqları ilk addım uğurlu olsun.
Biz hamımız – valideyn, müəllim, bütöv xalq olaraq, dövlət olaraq təhsil sisteminə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır.
Xalq olaraq gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayıraq. Unutmayaq ki, bu gün məktəbə qədəm qoyan birincilər ölkəmizin gələcəyidir.
Bir daha müəllimləri, valideynləri, tələbələri və birinciləri təbrik edir, yüksək zehin açıqlığı və uğurlar arzulayıram!
Sevgilərlə İqbal Ağa-zadə
Şərh yaz