İqbal Ağazadə Beynəlxalq Qızlar Günü ilə bağlı təbrik yazdı

Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə Dünya Qızlar Günü münasibətilə təbrik yazıb. Təbrikləri izləyicilərə təqdim edirik:
Bu gün Dünya Qızlar Günüdür.
Atalar, qızlarınızın əlini buraxmayın, sevgi verin onlara, təhsil alsın qızlarımız, dünya onlarla gözəldir.
Şəhid övladları olan qız balalarımız, ata sevgisindən məhrum olan fidan körpələrimiz var. Hamımız onlara sevgi, nəvaziş, qayğı göstərməliyik ki, sınıq böyüməsinlər.
Bütun qızlarımızı (bütün xanımları) məsud və bəxtəvər görmək arzusuyla…
P.S. Qızlar, xanımlar məsudsa, demək, hamı xoşbəxtdir.
Kişilərin xoşbəxtliyinin açarı xanımlardır.
Sayğı və sevgilərlə İqbal Ağa-zadə
Şərh yaz