Bu gün Azərbaycan Yüksəliş Partiyasının yaranmasından 1 il ötür.
Azərbaycanda demokratik dəyərlərin, seçki mühitinin formalaşması üçün meydanda vətəndaş cəmiyyətləri, Qeyri-Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri ilə yanaşı partiyaların da fəaliyyəti önəmli əhəmiyyət kəsb edir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Azərbaycan Yüksəliş Partiyası başqanı Anar Əsədlini, partiyanın üzvlərini partiyanın yaranmasının 1 illiyi münasibətilə təbrik edir, vətənə, dövlətə, millətə xidmət yolunda – siyasi fəaliyyətlərində uğurlar arzulayır.
Şərh yaz