İqbal Ağazadə Azərbaycan polislərini peşə bayramı münasibətilə təbrik etdi

  1. Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə polislərin peşə bayramını öz sosial şəbəkə hesabında təbrik edib:

Bu gün Azərbaycan polisinin peşə bayramıdır.

İlk növbədə dövlətin, xalqın keşiyində dayanan bütün polislərimizi təbrik edir, onlara uzun ömür, can sağlığı və uğurlar arzulayıram.

Çox istərdim ki, polisimizin obrazında ciddi dəyişiklik olsun, istərdim ki, onlar fəaliyyətlərini elə qursunlar ki, xalq, vətəndaş qəbul etsin ki, polis adamları tutmaq, həbs etmək üçün deyil, polis dövləti, vətəndaşı qorumaq üçündür.

Axı bizim polis həm də əsgərdir – o dünən Qarabağda döyüşüb, şəhid olub, qazidir.
Polis ən qatı cinayətkarlarla döyüşən Vətən oğludur.

Təəssüf ki, bu gün polis həm də siyasi aktivistlərin cibinə narkotik atan, şərləyən, təhqir edən, vətəndaşı evindən çılpaq sürüyərək çıxaran, məhkəmələrdə yalançı şahidlik edən tərəfdir.

Biz elə cəmiyyət qurmalıyıq ki, polis yalnız ictimai asayişi, daxili təhlükəsizliyi qorumaqda və cinayətkarlığa qarşı mübarizə aparmaqda məsul olsun.

Biz elə bir idarəetmə sistemi yaratmalıyıq ki, heç bir hakimiyyət polisdən öz məqsədləri üçün qeyri-qanuni üsullarla istifadə etməsin.

Polis bizim övladımızdır, bizlərdən biridir.

Peşə bayramınız mübarək, əziz Polislərimiz.

Sayğılarla

İqbal Ağazadə

Şərh yaz