İcra başçılarının həbsi korrupsiyanın kökünü kəsmir – BAKİR HƏSƏNBƏYLİ

Ümid Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Bakir Həsənbəyli 3 may 2021-ci il aparıcı-jurnalist Əvəz Zeynallının təqdimatında Xural Tv-nin “Siyasət meydanı”nda qonaq olub.

Bakir Həsənbəyli aparıcının ölkədəki mövcud ictimai-siyasi vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib ki, ölkədə azad və ədalətli seçkilərin təmin olinmadığı sürəcdə demokratik idarəçiliyin bərqərar olması prinsipial cəhətdən mümkün deyil.

Sədr müavini qeyd edib ki, korrupsiya ilə mübarizə istiqamətində müəyyən qədər iş aparıldığı deyilsə də, lakin bu, hələ də rüşvətin və ya korrupsiyanın kökünün kəsilməsi demək deyil. Bu tip neqativ hallarla bağlı mübarizə ortaya maraqlı nüans çıxarır, ölkədə korrupsiya halları nə üçün olmalıdır ki, onunla da mübarizəyə əlavə enerji,  zaman sərf edilsin?!

Sədr müavini Ümid partiyasının hakimiyyətə gələcəyi təqdirdə hədəflərini də tamaşaçıların diqqətinə çatdırıb.    

 Sözügedən müsahibənin linkini izləyicilərə təqdim edirik: 

Şərh yaz