Haqsa, haqq, ədalətsə, ədalət, Güney Azərbaycan öz müqəddəratını təyin etməlidir – MURAD RƏHİM yazır

Azərbaycan Ümid Partiyası fəaliyyətə başlayandan bugünədək Azərbaycanın güneyində baş verən hadisələrlə bağlı ən adekvat tədbir görən partiyadır. Partiya sədrimiz İqbal Ağazadə illərdir, boş yerə demirdi ki, “bizim Güney Azərbaycanla bağlı ayrı bir siyasətimiz var”. Bu şüar illərdir, güneydəki soydaşlarımız tərəfindən böyük coşğu ilə qarşılanırdı. Bu, həm də onun göstəricisidir ki, Ümid Partiyası nəinki ölkə daxilində, hətta sərhədlərimizdən kənarda da sevilir.

Son zamanlar amansız fars-molla rejiminə qarşı mübarizə yürüdərək, qəhrəman övladlarını şəhid verən soydaşlarımız bu gün daha da fəallaşaraq, artıq “azadlıq, ədalət, milli hökümət” kimi şüarlar səsləndirərək, illərdir əllərindən alınan haqlarını tələb edirlər. Bu çətin anlarda Ümid Partiyası olaraq, soydaşlarımızın yanında olduğumuzu bildirir, bu haqlı davada onları hər zaman dəstəklədiyimizi bir daha bəyan edirik.
27-30 noyabr tarixlərində Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın dəvəti ilə Quzey Azərbaycanın paytaxtı Bakı şəhərinə səfərə gələn Güney Azərbaycanın Keçici Milli Məclisinin Təşkilat Komitəsi üzvləri partiyamıza başda İqbal Ağa-zadə olmaqla dərin təşəkkürlərini bildirmişlər.

Bu gün danılmaz faktdır ki, illərdir, İran adlanan ərazidə xüsusi qəddarlıq və amansızlıqla qorunub saxlanılan molla rejiminin dayaqları sözün əsl mənasında laxlayır. Kimsəyə sirr deyil ki, rejimin devrilməsi artıq qaçılmaz bir dönəmə girib. Rejim büdrədikcə, daha çox qan axıdır, daha çox caniləşir.

Ancaq dövr artıq Azərbaycan dövrüdür. Dövr, Azərbaycançılıq dövrüdür. Zaman, vaxt, tarixi şərait yetişib. Soydaşlarımız bu əsarət zəncirini qırmaq üzrədir. Ümid Partiyası olaraq, hər zaman dilə gətirdik ki, güneydəki soydaşlarımıza dəstək verməliyik.


Biz hər zaman qeyd etmişik ki, “əgər Qarabağda 5-10 min separatçı öz müqəddəratını təyin etmək istəyirsə, dünya birliyi və güc faktorları buna görə Azərbaycana təzyiq göstərirsə, – üstəlik də haqlı olmaya-olmaya, – bu haqq kimsəyə deyil, məhz Azərbaycanın güneyindəki 40 milyon soydaşlarımıza tanınmalıdır. Haqsa, haqq, ədalətsə, ədalət, Güney Azərbaycan öz müqəddəratını təyin etməlidir.
İnanırıq və ümid edirik ki, bundan sonra hər şey Azərbaycanın güclənməsinə, bütövləşməsinə doğru gedəcək.

Partiyamızın bu işlərdə xüsusi fəaliyyəti, xüsusi təşəbbüsü olduğu üçün özümü çox xoşbəxt hiss edirəm. Hər zaman yürütdüyü balanslı siyasətə görə partiya sədrimiz İqbal Ağazadəyə təşəkkür edirəm.

Baxacaq, halına düşmən yanacaq, qovrulacaq!
Bitəcək onda tikanlar bitirən çöldə çiçək,
O gözəl gün gələcək,
Gələcək Ümid ilə gələcək!

Ümid Partiyasının himnindən…

Hörmətlə,

Murad Rəhim 

Şərh yaz