Hansı yolla olursa, olsun, Putin hakimiyyətdən göndərilməlidir – ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 11 aprel 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda nə baş verir?” sualı ətrafında baş tutub.

Elman Abbasov son iki aya yaxın müddətdə Qarabağ bölgəsindəki hərəkətlənmədən, ermənilərin və rus sülhməramlılarının törətdikləri təxribatlardan, eyni zamanda ordumuzun hərbi əməliyyat ehtimalından danışıb. Onun sözlərinə görə, hazırkı şəraitdə Azərbaycan hərbi əməliyyata başlamaq üçün tələsməməli, Rusiyanın təxribatına uymamalı, Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini nəzərə almalıdır.

Elman Abbasovun sözlərinə görə, Qarabağdakı ermənilər gec olmadan seçimlərini etməlidirlər, ya Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamalı, ya da ərazini tərk etməlidirlər.

Ümid sədrinin müavini Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən, iki aya yaxın davam edən müharibədən və gözləntilərindən də danışıb. O, dünyanın Ukraynaya verdiyi dəstəkdən söz açaraq, bu dəstəklə Ukraynanın qalib gəlməsinin mümkünlüyünü də vurğulayıb və buna inamını ifadə edib.

Elman Abbasov Azərbaycandakı çoxsaylı problemlərdən də danışıb və həlli istiqamətində partiyanın təkliflərini diqqətə çatdırıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz
PAYLAŞ