Ümid Partiyasının sədr müavini Elman Abbasov 14 fevral 2022-ci il jurnalist Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.
Veriliş “Ramiz Mehdiyev, yoxsa Allahşükür Paşazadə?!” mövzusu ətrafında baş tutub.
Partiya sədrinin müavini AMEA sədri Ramiz Mehdiyevin ətrafında baş verən proseslərdən, istefa çağırışlarından, onun nə səbəbdən vəzifədən uzaqlaşdırılmamasından, həmçinin ümumilikdə hakimiyyətdəki məmurların istefa mədəniyyətinin səviyyəsindən danışıb. O, sistemi dəyişməyin vacibliyini də vurğulayıb, bu dəyişikliyin qanun çərçivəsində olması üçün hansı addımların atılmasının lazımlığına diqqət çəkib. E.Abbasov deputatların korrupsiyaya bulaşmasından, Cavanşir Feyziyevin adı hallanan qalmaqaldan, həmçinin Allahşükür Paşazadənin səlahiyətlərinin əlindən alınmasından da danışıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: