Ümid Partiyası sədrinin müavini Bakir Həsənbəyli 26 aprel 2022-ci ildə Laf Tv-də canlı efir qonağı olub.
Veriliş “Motosikletçini döyən məmur saxlanıldı. Putin Qərbi sui-qəsd planlaşdırmada ittiham etdi” mövzusu ətrafında baş tutub.
Bakir Həsənbəyli Bakıda “Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsinə münasibətini bildirib və məmur harınlığı, özbaşınalığı barədə fikirlərini bölüşüb.
O, həmçinin ölkədəki siyasi və sosial problemlərdən, məmur özbaşınalığından danışıb, hakimiyyətin apardığı kadr islahatlarının isə yetərli olmadığına və öroblemi həll etmədiyinə diqqət çəkib.
Bakir Həsənbəyli Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın apardığı işğal siyasətindən, ona qarşı həyata keçirilən sanksiyalardan, itkilərdən, Qərbin Ukraynaya verdiyi dəstəkdən və müharibənin necə bitəcəyindən də danışıb.
O, siyasi fəal Bəxtiyar Hacıyevin bir neçə gün əvvəl zorakılığa məruz qalması, təhqir edilməsi ilə bağlı ona ünvanlanan sualı da cavablayıb və bunu cinayət hesab edib. O, Ümid Partiyasının bu hadisəni pisləyən bəyanat verdiyini də diqqətə çatdırıb və cinayəti törədənlərin cəzalandırılmasını tələb edib.
Ümid rəsmisi hakimiyyətin islahatlara getməsinin vacibliyinə də toxunub və bunun vacibliyini əsaslandırıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: