Qeyd etdiyimiz kimi 27 noyabr 2022-ci il tarixindən Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri protokol ziyarətləri və siyasi görüşmələr üçün Azərbaycan Ümid Partiyasının dəvəti ilə Bakıda səfərdədirlər.
Səfər çərçivəsində bir neçə qurumla görüş və telekanallara müsahibə verən Təşkilat Komitəsi 29 noyabr Ümid Partiyasının Rəyasət Heyəti ilə geniştərkibli görüş keçiriblər.
Görüşdə Təşkilat Komitəsinin üzvləri Rza Heyət, Səttar Sevigin, Elyar Türkər Makuyi, Babək Şahid, Mehmet Müştaq və digərləri çıxış edib, Ümid Partiyasına dəvət üçün minnətdarlıqlarını bildirib, fəaliyyətlərinin az qala yarısından çoxunu həm də Güney Azərbaycan davasına həsr etdikləri üçün cənab sədr İqbal Ağazadəyə dərin təşəkkürlərini ilətiblər.





Şərh yaz