Ermənistandan deportasiya olunan azərbaycanlıların dönüşünü də tələb etməliyik- TALEH ƏLİYEV

Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev 13 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Ermənistan etiraf etdi: Əgər sülh anlaşmasını imzalamasaq…” mövzusu ətrafında baş tutub.

Taleh Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, sülh istəyi, sülh müqaviləsi bağlanmasını israrla tələb etməsi kimi məsələlərdən danışıb. Onun sözlərinə görə, Paşinyanın açıqlamaları sülhə olan inamı xeyli artırır. O, erməni rəsmilərinin son dövrlərdə Qarabağla bağlı səsləndirdikləri mesajları, Türkiyənin proseslərdəki rolunu da təhlil edib.

Ümid rəsmisi bildirib ki, sülh müqaviləsindən sonra rus sülhməramlılarına ehtiyac olmayacaq, odur ki, sülhməramlıların bölgədən çıxarılması da müzakirə edilməlidir. O, eyni zamanda vaxtı ilə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da geri qaytarılması barədə Azərbaycan hökumətinin ortaya ciddi iradə qoymasının vacibliyini vurğulayıb.

Taleh Əliyev qeyd edib ki, Rusiya Qarabğla bağlı proseslərə, sülh müqaviləsi cəhdlərinə səssiz qalmayacaq, çalışacaq ki, bu müqavilə imzalanmasın, bunun üçün hər iki ölkəyə birbaşa və dolayısı ilə təzyiq edəcək.

O, həmçinin Rusiya-Ukrayna müharibəsinə, Rusiyanın faşizm siyasətinə, müharibənin gözlənilən nəcitələrinə də münasibət bildirib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz