1 sentyabr 2024 – cü il Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 36 saylı Xətai – Suraxanı Seçki Dairəsindən namizədliyi irəli sürülən Ənvər Ağazadənin təbliğat – təşviqat kampaniyası zamanı seçicilərlə növbəti görüşü Şıxlinski küçəsi 47 ünvanında baş tutub.
“36 saylı Xətai-Suraxanı seçki dairəsində qapı-qapı kampaniyamız davam edir. Bu gün Şıxlinski küçəsi 47 ünvanında olduq. Tanış və doğma insanlarla görüşdük. Millət vəkili necə olmalıdır, deputatın fəaliyyəti və statusu kimi məsələlər haqda danışdıq. Seçicilər yanlarında olan, onları dinləyən, problemlərini parlament tribunasından səsləndirə bilən, onlarla birlikdə ola bilən millət vəkili istəyirlər. Şükürlər olsun ki, onların istəklərinə, tələblərinə cavab verən bir namizədlə görüşdülər”.- Ənvər Ağazadə qeyd edib.
Şərh yaz