Dövlətçilik təhlükəsizlikdir, milli birlikdir, təhlükələrə birgə sinə gərməkdir – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabı vasitəsilə dövlətçiliyimizlə bağlı xalqa çağırış yazısı yazıb. Sözügedən yazını izləyicilərə təqdim edirik:
HƏR KƏSİN DİQQƏTİNƏ!
Azərbaycanı Ermənistana münasibətdə nədəsə qınamaq, ölkəmizə qarşı haqsızlıq nümayiş etdirməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhə və barışa böyük zərbə vurmaqdır.
Mən onsuz da dünyada ədalətli mövqe anlayışının, hüquqi yanaşmanın olmadığını bilirəm. Və bu gün nə ABŞ -ın, nə Fransanın, nə Rusiyanın, nə İranın mövqeyi məni təəccübləndirmir, əsla.
Siyasət hüquq deyil, maraqlardır. Bu gün hər kəs marağından çıxış edir – geopolitik və ölkədaxili maraqlarından…
Bizim maraqlarımız hardan başlayır?
İlk növbədə, DÖVLƏTÇİLİYİMİZDƏN…
O dövlətçilik təhlükəsizlikdir, milli birlikdir, təhlükələrə birgə sinə gərməkdir, güclü ordudur, vahid mövqedir, milli maraqdır, parçalanmamaqdır, ordunun yanında və arxasında olmaqdır – Ali Baş Komandandan tutmuş, sıravi əsgərə kimi hər kəsi dəstəkləməkdir, acını birgə yaşamaq, sevinci birgə bölməkdir. Təhlükəsizliyimiz üçün atılan addımları qınamaq yox, dəstəkləmək lazımdır. Kiminsə xoşuna gəlmək üçün “demokrat” olmağa dəyməz, dostlar. Ordu və demokratiya bir arada olmur, o yerdə ki, əmrlər sözsüz icra olunur, orda müzakirələr yersizdir.
Ordumuz bir əməliyyat keçirib, onu müzakirə etmək yox, sadəcə dəstəkləmək lazımdır. Müzakirə ordu içərisində inamsızlıq, etimadsızlıq yaradır, əsgəri ruhdan salır.
Heç ABŞ əsgərinin Əfqanıstanda, Suriyada, İraqda olduğuna görə ABŞ – da kimsə hakimiyyəti təcavüzkar adlandırdımı?
Yoxsa Fransada hamı qalxıb da Əlcəzair hadisələrinə görə babalarından imtina edir?
Eynən Böyük Britaniya, Almaniya və s.ölkələrdə də kimsə nə dünəni, nə də indini xəyanətkar adlandırmır.
Ordumuzun arxasında və yanında olun. Hər bir ölkə öz marağından başqa heç bir şeyin dərdini çəkmir, əziz MÜXALİFƏTÇİ dostlar, demokratiyanı da, şəffaflığı da biz özümüz əldə etməliyik, həm də öz gücümüzə.
O DÖVLƏTÇİLİK həm də daxili problemlərin həllidir.
Bizim demokratiya problemimiz var.
Sosial vəziyyətimiz ağırdır.
Şəhid ailələrinin, Qazilərimizin yaşayışı çətindir.
Məhkəmələrimiz azad deyil.
İnsan haqları pozulur, siyasi məhbuslarımız var.
Seçkilər saxtalaşdırılır.
Məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq hamını usandırıb.
Səhiyyəmiz, təhsilimiz yaxşı heç nə vəd etmir.
Uşaqlarımızın gələcəyindən narahatıq.
Qiymətlər hər gün artır, ərzaq bahalaşır, yaşam çətinləşir.
Cəmiyyətimiz bu problemlərdən dolayi narahat və aqressivdir, hörmətli İQTİDAR yetkililəri!
Bu problemləri siz həll etməlisiniz, lakin etmirsiniz!
Biz ordu və milli məsələlərdə birlikdə olduğumuz, dəstək verdiyimiz kimi, sadaladığım məsələlərdə də siz görəvinizi yerinə yetirməlisiniz.
DÖVLƏT O ZAMAN GÜCLÜ VƏ SARSILMAZ OLUR!
Heç kim nicatımızı hardasa axtarmasın!
Ümidimiz yalnız xalqımızadır, bütün problemimizi həll edib güclü olmağa borcluyuq!
ÜMİDİNİZİ üzməyin, ÜMİD bizik!!!
Sevgi və sayğılarla
Qarabağ qazisi,
Şərh yaz
PAYLAŞ

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009