Daxildəki qeyri-stabillik Rusiya üçün ağır nəticələrə gətirib çıxaracaq – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 20 aprel 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Moskva bölgədə müharibəmi istəyir?” mövzusu ətrafında və debat şəklində baş tutub.

İqbal Ağazadə verilişdə Ermənistanla Azərbaycan arasında gözlənilən sülh müqaviləsindən, müqavilənin detallarından, Azərbaycanın təklif etdiyi beş bəndlik sənəddən danışıb.

O, Rusiyanın Cənubi Qafqaz bölgəsindən çıxmaq istəməməsindən, regionda qalmaq istəyindən, həmçinin Rusiya-Ukrayna müharibəsindən sonra bölgədən çıxması barədə ehtimallardan da danışıb.

Ümid sədrinin fikrincə, Rusiya-Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti realdır. Həmçinin o, Rusiyanın postsovet ölkələrindən əl çəkmək istəməməsindən də söz açıb.

İqbal Ağazadə Rusiyanın dünyadan təcridindən, ona qarşı həyata keçirilən böyük miqyasda istisadi sanksiyalardan, Ermənistanın bu sanksiyalara qoşulması üçün aparılan müzakirələrdən, Putinlə Paşinyan arasında keçirilən son görüşün səbəbləri barədə də fikrini bildirib. O, post-Putin dövrü, həmin dövr üçün Qarabağda gözlənilən proseslər, ermənilərlə birgəyaşayışın mümkünsüzlüyü barədə də ehtimallarını səsləndirib və fikrini bölüşüb.

Ümid sədri rus qoşunlarının Qarabağdan çıxmasının mümkün olub- olmaması barədə də danışıb və əlavə edib ki, biz post-Putin dövrünə bazanı hazırlamalıyıq.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz