Cəhalətin cocuğu aydın ola bilməz
“Allahım, İslamı iki Ömərdən biri ilə gücləndir.”
Bu, Allah Rəsulunun (s.ə.s) Ömər ibn Xəttab və Amr bin Hişam (Ərəbcə hər iki adın yazılışları eyni formalı tələffüzə daha uyğundur) haqqında etdiyi duadır. Bu iki şəxs Məkkə toplumunun güçlü şəxsiyyətlərindən və İslama qarşı şiddətli düşmənçilik zehniyyətinin daşıyıcılarından idilər. Lakin Tanrı bu iki Ömərin daha xeyirlisini – Ömər ibn Xəttabı hidayət etdi. Digəri – Amr bin Hişam isə tarixdə Cəhalətin atası – “Əbu Ləhəb” kimi qaldı.
Cəmiyyətə hansısa inzibati resurslarla nüfuz etmək imkanı əldə edənlər öz maraqlarının təminatı üçün rəngbərəng baxışlı varlıqlara meydan verirlər. Bu TV efiri də olur, yazılı media da, sosial şəbəkə də. Təəccüblənməyin, nəinki dünyada, o cümlədən də ölkəmizdə artıq uzun müddətdir ki, rəngli baxışları olan insanlar yaşayır və onlara verilən imkanlardan istifadə edərək, meydan sulamaq iddiasındadırlar. Lakin hələ ki, bu məqsədlə əllərinə verilən avadanlığın adı aftafadır. Və bu avadanlığın funksiyası isə meydan sulamaq deyil.
Bir müddət öncə sosial şəbəkədə kulturoloq Aydın xan Əbilov çoxuşaqlı ailə başçılarına eşşək deyə xitab etmişdi. Müraciətdən sonra haqlı narazılıqlar fonunda ifadə müəllifi nəinki geri çəkilmədi, hətta ona cavab vermək istəyənləri məhkəmə ilə hədələdi. Nədənsə belələri hər şey edə və ya deyə biləcəklərinə o qədər inanıb və ya inandırılıblar ki, cavab haqqından istifadə edənlərin iradları fonunda son daldalana biləcəkləri məkan kimi məhkəmələrə sığınırlar. Əslində isə məhkəmələrin qarşısında yazılanların ədalət sözü olduğunu unudurlar. Halbuki özləri onlara verilən meydandan ədalətsizcəsinə istifadə edirlər.
Çoxuşaqlı ailə başçısına eşşək demək ədalətmi? Yox. Və onu da qeyd edim ki, bu Aydını tanıyanlar deyirlər ki, o, özü də çoxuşaqlı ailədə böyüyüb. Çoxuşaqlı ailə başçısına Aydın müstəvisindən yanaşanda o zaman Aydın özü kim olur? Kulturoloq?
Hə, onu da xatırladım ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Əgər insanın mədəniyyətlə qarşılaşmasının nəticəsi Aydın olmaqdırsa, o zaman proletariat olmaq ondan yaxşıdır.
Təxminən iki gün öncə təsadüfən Aydının hansısa kanalların birində püskürdüyünü gördüm. Adam müsahibə vermirdi, sadəcə püskürürdü.
Təəccüblüsü odur ki, mədəniyyətdən deyil, siyasətdən danışırdı. Çünki bu dəfəki rolu siyasilərə hücum üzərində biçilmişdi.
“İqbal Ağazadə koronovirusa qarşı çıxır.” Adam, bəşəriyyətin pandemiya elan etdiyi xəstəliyi İqbal Ağazadə tərifləməli idimi? Uzun illərdir deyirəm və yazıram: Tanrının lütf edib insana verdiyi düşünə biləcək yeganə orqanın adı BAŞdır. BAŞ. Və onu da düşünürəm ki, görəsən bu rolları sizin boyunuza ölçənlər ciddi səhvləriniz müqabilində qamışın ölçülərini də sizə xatırladırlarmı?
Narahatlığınızı da dərk edirəm. O qədər qorxaqsınız ki, “qarşı” sözü sizdə şok effekti yaratdığı üçün dərhal affekt vəziyyətə düşürsünüz. Yəqin bu səhvləriniz müqabilində sahiblərinizdə yaranan fövqəlhəzzlik anı sizi onların “sevimlisi” edir. Amma nə yazıq ki, aydın etmir.
Aydın sözü işıqlı, nurlu anlamına gəlir. Lakin düşüncələrində o qədər bəsit, tərbiyəndə isə o qədər qüsur var ki, nəfəsin belə cəhalət qoxuyur. Adını zikr etdiyin şəxs, yəni İqbal Ağazadə nə vaxt, harada koronovirusa qarşı bütün dünyanın belə tətbiq etdiyi vaksinləşməyə qarşı çıxış edib? Sadəcə könüllü olaraq qəbul edilən qərarın MƏCBURİYYƏTƏ çevrilməsini tənqid edib. Əgər sürətlə, qışqıraraq danışmağı, başın üçün olmayana dil uzatmağı məqsədə gedən qısa yol hesab edirsənsə, o, zaman səhv yoldasan. İndi zaman dəyişib gülüm, daha göy ot cəlbedici deyil. Min dəfə, lap milyon dəfə düşün.
Yazıçıyam deyirsən. Danışığının məntiqi nəticəsi havada karbon qazının artmasıdır. Bəs yazdığın nədir? Bilirsən bu vaxt yadıma nə düşdü? Bakı şəhər İcra Hakimiyyətinn başçısı olduğu vaxt Hacıbala Abutalıbovun söylədiyi “qəzəl”…
“Arxadan vurulan zərbə” filmində Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) İmaşa (Hamlet Xanızadə) sual verir ki, “niyə özünü uşaq kimi aparırsan?.” İmaş Gündüzə cavab verə bilmir. O zaman mən səndən soruşuram, yaş bəlli bir həddə qədər irəliləyib, bəs sən niyə özünü uşaq kimi aparırsan? Bəlkə uşaq vaxtı üzləşdiyin bir hadısə sənə o qədər xoş gəlib ki, zaman – zaman “uşaq olmaq istəyirəm…” deyə düşünürsən. Əgər belədirsə, o zaman uşaqlıqla xanlıq bir araya sığmır. Xan, ağa, hökmdar anlamına gəlir. Yəni bu ifadəni adından ayrı yazdığın üçün belə düşündüm. Əks halda dostlardan birinin danışdığı lətifəni yazacağdım: Adını da bilmirəm…
Türkiyədə “əbu-Cəhl qarpızı” deyilən bir bitki var, bizdə ona it xiyarı deyirlər. Bu da təəccüblü deyil. Millət olaraq, hər hansı bitkinin zərərlisi ilə qarşılaşanda ona əlavə adlar fikirləşmək əvəzinə əvvəllinə itdən, eşşəkdən bir şeylər yazırıq. İnsanlar davamlı yanlışlığa yol verəndə isə adından əvvəl hansısa ayamasını deyirlər. Siyasətçilik ağır peşədir. Azərbaycan musiqisinin Xanı da var, Aydınçiki də. Siyasət də belədir. Bu sənə lazımdırmı?!
Şərh yaz