Bütün Azərbaycanın millət vəkili

13

Mübaliğəsiz, tərifsiz, tərəfsiz yazıram.

Neçə vaxtdır İqbal Ağazadənin seçki qərargahındayam, görüşləri, təbliğat işlərini, sakinlərin münasibətini görürəm, Qarabağ qazilərinin dəstəyini, veteranların dəstək üçün gəlişini izləyirəm.

Başlayım ordan ki, hələ 92-nin sentyabrı idi. Tərtər rayonu ağır günlər yaşayırdı. Müharibənin qaynar vaxtı sakinlər köməksiz, hərbçilər silahsızdı. Ümid Allaha qalmışdı. Hər yanda yaralı əsgər, hər yerdə şəhid yatırdı. Ermənilər aman vermirdi ki, bizimkilər şəhidləri, yaralıları savaşın ortasından çıxarsın.

Elə biz zaman xəbər gəldi ki, Bakıdan tələbələr köməyə gəlir. Hamı sevindi. Sanki günəş doğdu müharibənin ortasına. Bəli, xeyli tələbə müharibə ərazisinə daxil oldu. Özlərini yetirib şəhidləri və yaralıları güllələrin altından çıxardılar. O tələbələrə 20 yaşlı, hündürboy, sərt baxışlı bir gənc komandirlik edirdi. Komandir tələbələrə tapşırıq vermişdi ki, bir nəfər də yaralı qalmasın, hamısına kömək edin. Etdilər. Bütün yaralıları və şəhidləri Bakıya göndərə bildirilər. O 20 yaşlı tələbə və yoldaşları vuruşdular, döyüşdülər, istəklərinə çatdılar, şəhidlərimizi və yaralı əsgərlərimizi xilas etdilər düşmən namərdliyindən, erməni vəhşiliyindən. Bilirdinizmi? O, 20 yaşlı tələbə-komandir İqbal Ağazadədir.

İqbal Ağazadə müharibədən sonra da xalqının, millətinin qeydinə, qayğısına qalmaq üçün çox işlər gördü. Təkcə Bakı Dövlət Universitetində və Bakı Asiya Universitetində illərlə dərs deyib. Minlərlə tələbə onun məktəbindən keçib. Gənc tələbələrə vətənpərvərlik, haqq-ədalət ruhu aşılayıb. Azərbaycanın hər yerində onun tələbələri olmuş insanlar var.

Sonra İqbal Ağazadə Milli Məclisdən xalqına xidmət etməyə başladı. Milli Məclisin binası şahiddir ki, haqqı deməkdən çəkinmədi. Yutubda onun adını yazanda çıxışları gəlir. O çıxışları Parlament kürsüsündən edib. O, Parlamentdə çıxış edəndə bəzi adamlar televizorda baxıb qorxurdular. Evlərinin içində əsim-əsim əsirdilər. Sonradan kişiləşdilər.

Əziz dostlar, deməyim o ki, bu insanı-İqbal Ağazadəni hamımız tanıyırıq, həyat yolunu bilirik. Adını qürurla çəkdiyimiz, adını çəkəndə utanmadığımız, qürur duyduğumuz bir millət vəkili olub. Heç vaxt ağa qara deməyib.

Mən 35 saylı Xətai üçüncü seçki dairəsi ərazisində yaşayan bütün dostlarımı İqbal Ağazadəyə səs verməyə çağırıram. Bütün dostlarımı ona dəstək olmağa səsləyirəm.

Çoxumuz deputat deyəndə yadımıza İqbal Ağazadə düşür. Gəlin bir olaq, yumruq olaq, öz vəkilimizi Milli Məclisdə görək. Axı, o təkcə Xətainin yox bütün Azərbaycanın deputatıdır.

Şərh yaz
PAYLAŞ
Elşad Barat
Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib. 2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub. Hazırda TəhsilPress.az saytının baş redaktorudur. Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür. Azərbaycan Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəridir.